Mətbu məlumat  
Xəbərlər
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Statistika Komissiyasının 47-ci sessiyasında iştirak edir 11.03.2016
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2016-cı ilin 8-11 mart tarixlərində BMT-nin Statistika Komissiyasının 47-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərində səfərdədir. Sessiyada “Dayanıqlı inkişaf üzrə gündəlik–2030” hədəflərinin yerinə yetirilməsinə statistik dəstək, qaçqınlar statistikası və ümumi daxili məhsulun beynəlxalq müqayisələri proqramı ilə yanaşı, rəsmi statistikada islahatlar proqramı, ...
Ətraflı
Dövlət Statistika Komitəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Nümayəndələri ilə görüş keçirilmişdir.23.02.2016
Fevralın 23-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Ercan Murat, BMTİP-in Rezident Nümayəndəsinin müavini xanım Nato Alxazişvili və BMTİP-in Proqram Şöbəsinin rəhbəri xanım Cəmilə İbrahimova ilə görüşmüşdür
Ətraflı
Dövlət Statistika Komitəsində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilmişdir 19.02.2016
Dövlət Statistika Komitəsində yaradılmış Apellyasiya Şurasının bu gün ilk iclası keçirilib. İlk iclasda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun 11 fevral 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Apellyasiya Şurası haqqında Əsasnaməsi müzakirə edilib.
Ətraflı
Dövlət Statistika Komitəsində Apellyasiya Şurası yaradılmışdır15.02.2016
"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun 11 fevral 2016-cı il tarixli əmri ilə Apellyasiya Şurası, Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.
Ətraflı
Dövlət Statistika Komitəsində Beynəlxalq Valyuta Fondunun nümayəndəsi ilə görüş keçirilmişdir.02.02.2016
Fevralın 1-də Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Beynəlxalq Valyuta Fondunun Azərbaycan/ Yaxın Şərq və Mərkəzi Asiya üzrə departament direktorunun köməkçisi cənab Mohammed El Qorchi və Dünya bankının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Nadir Ramazanovla görüşmüşdür.
Ətraflı
Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilmişdir.29.01.2016
2016-cı il yanvar ayının 29-da Dövlət Statistika Komitəsinin inzibati binasında 2015-ci ildə ölkədə statistika orqanlarının fəaliyyəti və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında Aparatın, Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin, Bakı şəhər statistika idarəsinin, rayon statistika idarələrinin rəhbərləri iştirak etmişlər.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 [-12-] 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog