Mətbu məlumat  
Xəbərlər
Dövlət Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.11.12.2015
Dekabrın 11-də Dövlət Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir. Öncə anım mərasiminin iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı ətraflı məlumat vermişdir.
Ətraflı
Dövlət Statistika Komitəsində “Ticarət və turizm statistikasına dair məlumatların toplanması metodları və əsas məlumat mənbələri” mövzusunda seminar keçirilmişdir 08.12.2015
Ticarət və turizm statistikası şöbəsi tərəfindən 2015-ci il noyabrın 27-də Komitənin inzibati binasında məlumat istifadəçiləri ilə “Ticarət və turizm statistikasına dair məlumatların toplanması metodları və əsas məlumat mənbələri” mövzusunda seminar keçirilmişdir. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi,...
Ətraflı
Albaniyanın Tirana şəhərində “Nəticələr üzrə statistik məlumatların yayımlanması”na dair regional seminar keçirilmişdir01.12.2015
Dövlət Statistika Komitəsinin aparatının Əhali və gender statistikası şöbəsinin aparıcı məsləhətçisi Sitarə Babayeva cari ilin 17-19 noyabr tarixlərində XXI əsrdə inkişaf üçün statistikada əməkdaşlıq (Paris21) və Albaniya Milli Statistika İnstitutu tərəfindən Albaniyanın Tirana şəhərində təşkil edilmiş “Nəticələr üzrə statistik məlumatların yayımlanması”na dair ...
Ətraflı
Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir27.11.2015
Noyabrın 26-da Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşmüşdür. Görüşün əsas məqsədi həyata keçirilən Proqrammatik Yoxsulluğun Qiymətləndirilməsi üzrə layihə çərçivəsində yoxsulluğun təhlili və yoxsulluğun azaldılması sahəsində siyasətin müzakirəsi olmuşdur.
Ətraflı
“Azadlıq” qəzetinin 21-22 noyabr 2015-ci il tarixli nömrəsində Ş.Çobanoğlunun “Qırmızı yalan” adlı məqaləsi ilə bağlı Dövlət Statistika Komitəsinin şərhi24.11.2015
Müəllif Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə ümumi daxili məhsul istehsalına dair yaydığı rəqəmləri ötən ilin eyni dövründə yayılan rəqəmləri ilə müqayisə etməyə cəhd göstərmiş, lakin statistik göstəricilərə bu sahədə öz səthi bilikləri prizmasından baxaraq səhv nəticələrə gəlmiş və Komitəyə qarşı əsassız ittihamlar irəli sürmüşdür.
Ətraflı
Almaniyanın Viesbaden şəhərində “Statistika idarələrində keyfiyyətin idarə olunması” mövzusunda seminar keçirilmişdir20.11.2015
2015-ci ilin 02-06 noyabr tarixlərində Texniki Yardım və İnformasiya Mübadiləsi (TAIEX) layihəsi çərçivəsində Almaniya Federativ Respublikasının Viesbaden şəhərində “Statistika idarələrində keyfiyyətin idarə olunması” mövzusunda təşkil edilmiş seminarda Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev,...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 [-15-] 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog