Mətbu məlumat  
Xəbərlər
Dövlət Statistika Komitəsinin mütəxəssisi Çin Xalq Respublikasının rəsmi nümayəndələri üçün Beynəlxalq Əmək Təşkilatı tərəfindən təşkil edilmiş təlim kursunda iştirak etmişdir06.11.2015
Əmək bazarının göstəriciləri sistemi çərçivəsində layiqli əməyin səviyyəsinin öyrənilməsi və keyfiyyətli məşğulluğun qiymətləndirilməsi ilə bağlı 2015-ci il oktyabr ayının 27-də İsveçrənin Cenevrə şəhərində Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri üçün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təlim kursu təşkil edilmişdir.
Ətraflı
Avstriyanın Vyana şəhərində “Sənaye statistikası”na dair beynəlxalq seminar keçirilmişdir05.11.2015
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Fərhad Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO) tərəfindən cari ilin 14-16 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində, Vyana Beynəlxalq Mərkəzdə təşkil olunmuş “Sənaye statistikası”na dair beynəlxalq seminarda iştirak etmişdir.
Ətraflı
Dövlət Statistika Komitəsində “Rəsmi statistikanın inkişafı və təkmilləşdirilməsi yolları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir30.10.2015
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na uyğun olaraq, 30 oktyabr 2015-ci il tarixində Dövlət Statistika Komitəsində “Rəsmi statistikanın inkişafı və təkmilləşdirilməsi yolları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Ətraflı
Kənd təsərrüfatı və kənd yerlərinin statistikasının təkmilləşdirilməsinə dair Qlobal Strategiya üzrə iclasın yekunları haqqında23.10.2015
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndələri Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri Rəşad Bayramov, şöbənin kənd təsərrüfatı statistikası sektorunun müdiri Gündüz Məmmədov və baş məsləhətçi İlqar Vəliyevlə 13-15 oktyabr 2015-ci il tarixdə Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsi tərəfindən...
Ətraflı
Dövlət Statistika Komitəsinin sədri Bolqarıstan Milli Statistika İnstitutunun prezidentini qəbul edib22.10.2015
Oktyabr ayının 22-də Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski ilə görüşmüşdür. Görüşün əsas məqsədi “Milli Statistika Sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin başlanması ilə bağlı məsələlərin müzakirəsi olmuşdur.
Ətraflı
“Ümumdünya statistika günü”nə həsr olunmuş təntənəli iclas keçirilmişdir21.10.2015
2015-ci il oktyabrın 20-də “Ümumdünya statistika günü”nə həsr olunmuş təntənəli iclas keçirilmişdir. Dövlət Statistika Komitəsinin əməkdaşları ilk öncə Fəxri xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuş, görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzmüşlər.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 [-16-] 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog