Mətbu məlumat  
Xəbərlər
Gürcüstanın Tbilisi şəhərində “Coğrafi informasiya sistemləri” mövzusunda seminar keçirilmişdir 03.12.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Məlumatların yayılması şöbəsinin məsləhətçisi Sanar Dadaşev BMT-nin Mərkəzi Asiya ölkələri üzrə Əhali Fondu ofisi ilə birgə Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi tərəfindən 2014-cü il 24-26 noyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində təşkil edilmiş “Coğrafi informasiya sistemləri”nə dair seminarda iştirak etmişdir.
Ətraflı
Lüksemburq şəhərində “Statistik məlumatların və metaməlumatların mübadiləsi” (SDMX) mövzusunda təlim kursu keçirilmişdir 03.12.2014
Dövlət Statistika Komitəsinin nümayəndələri Qiymət statistikası şöbəsinin müdir müavini Rəşid Vəliyev və Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin sektor müdiri Vüqar Şahbazov 2014-cü ilin 19-21 noyabr tarixlərində Avrostatın təşkilatçılığı ilə Lüksemburq şəhərində “Statistik məlumatların və metaməlumatların mübadiləsi” (SDMX) mövzusunda keçirilmiş təlim kursunda iştirak etmişlər.
Ətraflı
Dövlət Statistika Komitəsində “Statistika və cəmiyyət” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir01.12.2014
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na uyğun olaraq, 28 noyabr 2014-cü il tarixində Dövlət Statistika Komitəsində “Statistika və cəmiyyət” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Dövlət Statistika Komitəsi və Təhsil Nazirliyi ilə birgə təşkil edilmiş konfransda Bakı Dövlət ...
Ətraflı
Moskva şəhərində Beynəlxalq Müqayisələr Proqramı çərçivəsində “İnvestisiya mallarının ilkin qiymətlərinin dəqiqləşdirilməsi” mövzusu üzrə müşavirə keçirilmişdir27.11.2014
Dövlət Statistika Komitəsinin nümayəndəsi Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə 2014-cü il 18-20 noyabr tarixlərində MDB ölkələrində Ümumi Daxili Məhsulun Beynəlxalq Müqayisələri çərçivəsində Moskva şəhərində “İnvestisiya mallarının ilkin qiymətlərinin dəqiqləşdirilməsi”nə dair keçirilmiş müşavirədə iştirak etmişdir. İclas MDB regionu üzrə bu layihənin əlaqələndiricisi olan MDB Dövlətlərarası Statistika Komitəsi və ...
Ətraflı
Dövlət Statistika Komitəsində “İstehlak və istehsalçı qiymətləri indekslərinin hesablanması, qarşıda duran vəzifələr və perspektivlər” mövzusu üzrə seminar keçirilmişdir.27.11.2014
2014-cü il noyabr ayının 25-də Dövlət Statistika Komitəsində Qiymət statistikası şöbəsinin təşkilatçılığı ilə “İstehlak və istehsalçı qiymətləri indekslərinin hesablanması, qarşıda duran vəzifələr və perspektivlər” mövzusu üzrə bir sıra dövlət orqanlarının, KİV nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyindən, Vergilər Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ...
Ətraflı
Dövlət Statistika Komitəsində “Daxili və xarici ticarət statistikasında baş verən islahatlar” mövzusunda seminar keçirilmişdir 26.11.2014
2014-cü il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planının icrası ilə əlaqədar olaraq 24 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasında Aparatın Ticarət və turizm statistikası şöbəsinin təşkilatçılığı ilə “Daxili və xarici ticarət statistikasında baş verən islahatlar” mövzusunda seminar keçirilmişdir. Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun ...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 [-24-] 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog