Mətbu məlumat  
Xəbərlər
Cənubi Koreya Respublikasının Daejeon şəhərində “Statistik potensialın gücləndirilməsi: Əhali statistikasının təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilmişdir 25.11.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Əhali və gender statistikası şöbəsinin aparıcı məsləhətçisi Sitarə Babayeva 2014-cü il 3-14 noyabr tarixlərində Cənubi Koreya Respublikasının Daejeon şəhərində Statistika üzrə Təlim İnstitutu (STİ) tərəfindən təşkil edilmiş “Statistik potensialın gücləndirilməsi: Əhali statistikasının təkmilləşdirilməsi” mövzusunda keçirilmiş təlim kursunda iştirak etmişdir.
Ətraflı
BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə Lyuksemburq şəhərində təşkil edilmiş “Uşaq hüquqlarının sosial müdafiəsinə dair” tədbirin yekunları haqqında24.11.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və Xidmət statistikası şöbəsinin aparıcı məsləhətçisi Arzu Orucova Avropa və Mərkəzi Asiya ölkələrinin Statistika üzrə mütəxəssislərinin 10-cu görüşünün işçi proqramına uyğun olaraq BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə 2014-cü il 10-11 noyabr tarixlərində Lyuksemburq şəhərində ...
Ətraflı
Cenevrə şəhərində “Atmosfer havasının göstəricilərinə dair” seminar, “Ekoloji göstəricilərə dair” və “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupların sessiyaları keçirilmişdir18.11.2014
Cari il noyabr ayının 3-dən 7-dək Cenevrə şəhərində “Atmosfer havasının göstəricilərinə dair” seminar, “Ekoloji göstəricilərə dair” məqsədli işçi qrupun 9-cu və “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupun 15-ci sessiyaları keçirilmişdir. Tədbirlərdə MDB-yə daxil olan dövlətlərin statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, eləcə də Gürcüstan, Makedoniya, Monteneqro, Finlandiya ...
Ətraflı
“Azərbaycanda kiçik sahibkarlıq” adlı illik statistik məcmuə nəşr olunmuşdur04.11.2014
“Azərbaycanda kiçik sahibkarlıq” adlı illik statistik məcmuə kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini, onların sahə və regionlar üzrə bölgüsünü əks etdirən, habelə hüquqi şəxslərlə yanaşı, kiçik sahibkarlıq subyekti hesab olunan fərdi sahibkarlar - fiziki şəxslərlə bağlı kompleks məlumatları əhatə edir. Məcmuəyə 2009-2013-cü illərdə kiçik sahibkarlıq subyektlərinin əsas makroiqtisadi göstəriciləri, ölkə iqtisadiyyatında payı, onların regionlar və fəaliyyət növləri üzrə bölgüsü, işçilərin sayı və əmək haqqı fondu ...
Ətraflı
Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib03.11.2014
Cari ilin noyabr ayının 3-də Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Dünya Bankının Nəqliyyat və İKT üzrə Qlobal Təcrübəsinin Əməliyyatlar üzrə baş mütəxəssisi xanım Sandra Sargentin və Qlobal Təcrübənin məsləhətçisi xanım Yeganə Bağırova iştirak etmişlər. Dövlət Statistika Komitəsi sədrinin müavini cənab Yusif Yusifov ...
Ətraflı
Çexiya Statistika İdarəsində “İstehsal olunmayan qeyri-maliyyə aktivlərinin uçota alınması” mövzusunda seminar keçirilmişdir30.10.2014
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Çexiyanın Statistika İdarəsi arasında təcrübə mübadiləsinə dair əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən cari il oktyabrın 06-dan - 09-dək Çexiyanın Statistika İdarəsində təlim kursu keçirilmişdir. Təlim səfərində Dövlət Statistika Komitəsinin nümayəndələri Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin İqtisadi balanslar sektorunun müdiri R.Mirzəyev ...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 [-25-] 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog