Mətbu məlumat  
Xəbərlər
Cenevrə şəhərində təşkil edilmiş “Əhali və mənzil fondunun siyahıyaalınmasına dair” seminar və ekspert qrupunun iclasının yekunları haqqında03.10.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev BMT-nin Avropa İqtisadi Komissiyası və Avrostat tərəfindən Avropa Statistikləri Konfransının iş proqramına uyğun olaraq 2014-cü il 22-26 sentyabr tarixlərində Cenevrə şəhərində təşkil edilmiş “Əhali və mənzil fondunun siyahıyaalınmasına dair” seminarda və ekspert qrupunun iclasında iştirak etmişdir.
Ətraflı
İsveçrənin Nevşatel şəhərində “Seçmə statistika müayinələri üçün müasir metodlar”a dair treninq kursu təşkil olunmuşdur01.10.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Statistik məlumatların Elmi - Tədqiqat və Layihə- Texnoloji Mərkəzinin direktoru Saleh Mövlamov, Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Toğrul Əcəlov və həmin şöbənin məsləhətçisi Fuad Qocayev cari ilin 15-19 sentyabr tarixlərində İsveçrə Federal Statistika İdarəsi və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən, İsveçrənin Nevşatel şəhərində ...
Ətraflı
Moldovanın Kişinyov şəhərində “Statistikada keyfiyyət: dəyişiklikləri necə idarə etməli?” mövzusunda yüksək səviyyəli seminar keçirilmişdir 26.09.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev 2014-cü ilin 16-18 sentyabr tarixlərində Avrostatın təşkilatçılığı ilə Moldovanın Kişinyov şəhərində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) ölkələri üçün “Statistikada keyfiyyət: dəyişiklikləri necə idarə etməli?” mövzusunda keçirilmiş ...
Ətraflı
“Ətraf Mühit İnformasiya Sistemi (ENPI-SEIS) layihəsi” üzrə İdarəetmə Komitəsinin Kopenhagen şəhərində keçirilən iclasının yekunları haqqında25.09.2014
Cari il sentyabr ayının 16-17-də Kopenhagen şəhərində “Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti - Ətraf Mühit İnformasiya Sistemi (ENPI-SEIS) layihəsi” üzrə İdarəetmə Komitəsinin 5-ci iclası keçirilmişdir. İclasda Cənubi Qafqaz, Belarus, Moldova və Ukraynanın statistika və ekologiya orqanlarının əməkdaşları, eləcə də ENPI-SEIS-in Cənub regionu ölkələrinin nümayəndələri iştirak etmişlər.
Ətraflı
Dövlət Statistika Komitəsində “Statistika və cəmiyyət” mövzusu üzrə elmi-praktiki konfrans keçiriləcəkdir23.09.2014
28 noyabr 2014-cü il tarixində Dövlət Statistika Komitəsində Təhsil Nazirliyi ilə birgə “Statistika və cəmiyyət” mövzusu üzrə elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransın məqsədi sosial-iqtisadi qərarların qəbulunda statistikanın rolu, statistik məlumatların hazırlanmasında innovativ yanaşmalar, məlumatların keyfiyyətinin artırılması istiqamətində elmi-praktik əhəmiyyət kəsb edən məsələlərin aşkara çıxarılmasıdır.
Ətraflı
Rusiya Federasiyasının Vladivostok şəhərində “Makroiqtisadi statistika üçün beynəlxalq standartların əlaqələndirilmiş tətbiqi” mövzusunda müşavirə keçirilmişdir19.09.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin baş məsləhətçisi Sevinc Fəttahova 2014-cü il 3-4 sentyabr tarixlərində Rusiya Federasiyasının Vladivostok şəhərində BMT-nin Asiya və Sakit Okean hövzəsi ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Rusiya Dövlət Statistikasının Federal Xidməti ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuş ...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 [-27-] 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog