Mətbu məlumat  
Xəbərlər
“Kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri” statistik məcmuəsi nəşr olunmuşdur12.09.2014
Statistik məcmuədə aqrar bölmədə fəaliyyət göstərən müxtəlif təşkilati-hüquqi formalı kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri verilmişdir. Məcmuəyə kənd təsərrüfatı məhsullarının maya dəyəri, satış qiyməti və rentabelliyi, əmək məsarifi, istehsal xərclərinin strukturu, kənd təsərrüfatı müəssisələrinin sayı, onlarda çalışan işçilərin orta illik sayı, əsas fondların dəyəri və s. barədə məlumatlar daxil edilmişdir.

Ətraflı
“Azərbaycanın sənayesi” statistik məcmuəsi nəşr olunmuşdur12.09.2014
Statistik məcmuədə Azərbaycan Respublikasının sənayesinin vəziyyətini əks etdirən əsas göstəricilər verilmişdir. Məcmuədə sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar, sənayedə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər üzrə statistik məlumatlar verilmişdir.

Ətraflı
“Azərbaycanın statistik göstəriciləri” statistik məcmuəsi nəşr olunmuşdur11.09.2014
Bu məcmuə ölkənin iqtisadi, sosial, demoqrafik və ekoloji həyatında baş verən prosesləri əks etdirən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin illik statistik nəşridir. Məcmuədə 2013-cü ildə Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında statistik məlumatlar 2005 və 2012-ci illərlə müqayisədə verilməklə mülkiyyət münasibətlərinin və təsərrüfatçılıq formalarının inkişafı, dövlət maliyyəsi, sığorta, tədiyə balansı, mənzil fondunun özəlləşdirilməsi, turizm, şəhər və rayonlar üzrə əsas sosial-iqtisadi göstəricilər ...
Ətraflı
“Əmək bazarı” statistik məcmuəsi nəşr olunmuşdur08.09.2014
“Əmək bazarı” statistik məcmuəsində Azərbaycan Respublikasının əmək bazarını xarakterizə edən əsas göstəricilər verilmişdir. Məcmuədə əhali və əmək ehtiyatları, iqtisadiyyatın fəaliyyət növləri üzrə məşğul olan əhalinin sayı, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, əmək bazarında tələb və təkliflər, işsizliyin səviyyəsi, əmək haqqı, işçi qüvvəsinə çəkilən xərclərin dəyəri, kadrların peşə hazırlığı və iqtisadi fəal əhalinin digər göstəriciləri əks olunmuşdur.

Ətraflı
“Azərbaycan gəncləri ” adlı statistik məcmuə nəşr olunmuşdur02.09.2014
“Azərbaycan gəncləri” adlı statistik məcmuə “Demoqrafik göstəricilər”, “Sağlamlığın qorunması”, “Təhsil və elm”, “Məşğulluq və işsizlik”, “Asudə vaxt”, “Hüquqpozmalar” və “Gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi” bölmələrindən ibarətdir. Məcmuədə gənclərin cins və yaş qrupları üzrə bölgüsü, cins üzrə milli tərkibi, əhalinin təkrar istehsalının və doğumun yaş əmsalları, gənclərin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi, idman qurğuları, Azərbaycan idmançıları tərəfindən qazanılmış medallar, əhalinin təhsil səviyyəsi...
Ətraflı
“Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsi nəşr olunmuşdur29.08.2014
Statistik məcmuədə Azərbaycan Respublikasında təhsilin, elmin, mədəniyyətin vəziyyətini və inkişaf səviyyəsini əks etdirən əsas göstəricilər verilmişdir. Məcmuədə məktəbəqədər, məktəbdənkənar, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələri, doktorantura, elmi-tədqiqat və işləmələri yerinə yetirən müəssisələrin, işçilərin sayı və tərkibi, yerinə yetirilmiş elmi-texniki işlərin həcmi, tədqiqat və işləmələrə çəkilən xərclər, tədqiqat və işləmələrdə istifadə olunan əsas vəsaitlər, kütləvi kitabxanalar, klub müəssisələri, muzeylər, teatrlar, konsert təşkilatları, kinoteatrlar ...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 [-30-] 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73

kişisel blog