Mətbu məlumat  
Xəbərlər
Avstriyanın Vyana şəhərində “İNOGATE” Proqramı çərçivəsində energetika statistikası və enerji balansları mövzusunda seminar keçirilmişdir 18.07.2014
Avropa İttifaqının INOGATE Texniki Katibliyinin INOGATE Proqramı çərçivəsində 7-11 iyul 2014-cü il tarixində Avstriyanın Vyana şəhərində təşkil olunmuş seminarda Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdiri H.Dadaşov və şöbə müdirinin müavini Ə.Kərimov iştirak etmişlər. Energetika statistikası və enerji balansları mövzusuna həsr olunmuş seminarda Azərbaycanın, Gürcüstanın, Moldovanın, Ukraynanın, Qırğızıstanın ...
Ətraflı
“Azərbaycanın ərzaq balansları” statistik məcmuəsi nəşr olunmuşdur09.07.2014
İstifadəçilərə təqdim edilən “Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuədə 2007, 2010-2013-cü illərin məlumatları verilmişdir. Məcmuə beş bölmədən ibarətdir. Birinci bölmədə bitkiçilik məhsulları, ikinci bölmədə heyvandarlıq məhsulları, üçüncü bölmədə sənaye mənşəli ərzaq məhsullarının ehtiyatları və istifadələrinə dair statistik məlumatlar: mütləq kəmiyyətlər üzrə verilmişdir. Dördüncü bölmədə özünütəminetmə və idxaldan asılılıq səviyyəsini xarakterizə edən statistik məlumatlar verilir. Sonuncu, beşinci bölmədə ərzaq balanslarının hazırlanması...
Ətraflı
“Azərbaycanın nəqliyyatı” statistik məcmuəsi nəşr olunmuşdur07.07.2014
“Azərbaycanın nəqliyyatı” statistika məcmuəsində ölkə nəqliyyatının vəziyyətini xarakterizə edən əsas göstəricilər verilmişdir. Nəqliyyatın infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün bir sıra dünya ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir. Məcmuədə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövriyyəsi, sərnişin daşınması, sərnişin dövriyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunan gəlir və daşımalara çəkilən xərclər, nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat müəssisələrində ...
Ətraflı
“Azərbaycanda telekommunikasiya və poçt” statistik məcmuəsi nəşr olunmuşdur07.07.2014
Statistik məcmuədə ölkə rabitəsinin vəziyyətini, onun inkişaf dinamikasını izləməyə imkan verən statistika məlumatları verilmişdir. Rabitənin infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün MDB ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir. Məcmuədə informasiya və rabitə, poçt xidmətləri, televiziya və radiorabitə, qeyri-dövlət sektorunun inkişafı, rabitə müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, ölkənin regionları üzrə rabitənin vəziyyəti, əhalinin telefon təminatı haqqında məlumatları və rabitənin digər ...
Ətraflı
“Azərbaycanda informasiya cəmiyyəti” statistik məcmuəsi nəşr olunmuşdur07.07.2014
Statistik məcmuədə 2008-2013-cü illər üzrə ev təsərrüfatlarında və müəssisələrdə İKT sistemləri, kompüterlərin mövcudluğu və onlardan istifadə olunması, internetə çıxış imkanları, istifadəsi, əhalinin elektron bilikləri, habelə İKT sektoru üzrə əsas makro göstəricilər və İKT məhsullarının idxalı və ixracı haqqında geniş məlumatlar əks olunmuşdur. Məcmuənin quruluşu, verilmiş məlumatların seçimi və onların ölçü vahidlərinin müəyyənləşdirilməsi, göstəricilərin ardıcıllığı və digər metodoloji ...
Ətraflı
Turin şəhərində “Şərq Əməkdaşlığı regionunda əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin proqnozlaşdırılması” mövzusunda tədbir keçirilmişdir04.07.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Natella Quliyeva Avropa Təlim Fondunun (ATF) Məşğulluq məsələləri üzrə Avropa Komissiyası ilə birlikdə 25-27 iyun 2014-cü il tarixlərində Turin şəhərində təşkil etdiyi “Şərq əməkdaşlığı regionunda əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin proqnozlaşdırılması” mövzusunda keçirilmiş tədbirdə iştirak etmişdir.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 [-31-] 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog