Mətbu məlumat  
Xəbərlər
Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə tətbiq edilən sanksiya haqqında
E L A N
31.07.2014
Ölkə ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 iyun 2014-cü il tarixli, 987-IVQD nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə tətbiq edilən sanksiyanın məbləği üç yüz manatdan yeddi yüz manatadək miqdarında müəyyənləşdirilmişdir.
Ətraflı
“Azərbaycanda turizm və xidmətlər” adlı illik statistik məcmuəsi nəşr olunmuşdur25.07.2014
“Azərbaycanda turizm və xidmətlər” məcmuəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm, mehmanxana və mehmanxana tipli müəssisələrin iqtisadi göstəriciləri və ölkə sərhəddini keçərək xarici ölkələrə gedən və Azərbaycan Respublikasına gələn vətəndaşların sayı, iaşə dövriyyəsi, əhaliyə göstərilən pullu xidmətlər, o cümlədən məişət xidməti, reklam müəssisələrinin fəaliyyəti haqqında statistik məlumatların əks olunduğu illik nəşrdir. Statistik məcmuəyə turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin, mehmanxana və mehmanxana tipli ...
Ətraflı
“Azərbaycanda qadınlar və kişilər” adlı illik statistik məcmuəsi nəşr olunmuşdur21.07.2014
“Azərbaycanda qadınlar və kişilər” adlı illik statistik məcmuə ölkədə qadınların və kişilərin sayının dəyişilməsini, eləсə də 2013-сü ildə ölkədə sosial-demoqrafik prosesləri ötən illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəriсiləri özündə əks etdirir. Statistik məcmuəyə səhiyyə, təhsil və elmi kadrlar, məşğulluq və işsizlik, əhalinin iqtisadi fəallığına dair statistik müşahidə, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq, həyat səviyyəsi və sosial təminat, parlament, hüquqpozmalar və beynəlxalq müqayisələr bölmələrindən ibarət olmaqla ...
Ətraflı
Avstriyanın Vyana şəhərində “İNOGATE” Proqramı çərçivəsində energetika statistikası və enerji balansları mövzusunda seminar keçirilmişdir 18.07.2014
Avropa İttifaqının INOGATE Texniki Katibliyinin INOGATE Proqramı çərçivəsində 7-11 iyul 2014-cü il tarixində Avstriyanın Vyana şəhərində təşkil olunmuş seminarda Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdiri H.Dadaşov və şöbə müdirinin müavini Ə.Kərimov iştirak etmişlər. Energetika statistikası və enerji balansları mövzusuna həsr olunmuş seminarda Azərbaycanın, Gürcüstanın, Moldovanın, Ukraynanın, Qırğızıstanın ...
Ətraflı
“Azərbaycanın ərzaq balansları” statistik məcmuəsi nəşr olunmuşdur09.07.2014
İstifadəçilərə təqdim edilən “Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuədə 2007, 2010-2013-cü illərin məlumatları verilmişdir. Məcmuə beş bölmədən ibarətdir. Birinci bölmədə bitkiçilik məhsulları, ikinci bölmədə heyvandarlıq məhsulları, üçüncü bölmədə sənaye mənşəli ərzaq məhsullarının ehtiyatları və istifadələrinə dair statistik məlumatlar: mütləq kəmiyyətlər üzrə verilmişdir. Dördüncü bölmədə özünütəminetmə və idxaldan asılılıq səviyyəsini xarakterizə edən statistik məlumatlar verilir. Sonuncu, beşinci bölmədə ərzaq balanslarının hazırlanması...
Ətraflı
“Azərbaycanın nəqliyyatı” statistik məcmuəsi nəşr olunmuşdur07.07.2014
“Azərbaycanın nəqliyyatı” statistika məcmuəsində ölkə nəqliyyatının vəziyyətini xarakterizə edən əsas göstəricilər verilmişdir. Nəqliyyatın infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün bir sıra dünya ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir. Məcmuədə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövriyyəsi, sərnişin daşınması, sərnişin dövriyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunan gəlir və daşımalara çəkilən xərclər, nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat müəssisələrində ...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 [-32-] 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73

kişisel blog