Mətbu məlumat  
Xəbərlər
Çin Xalq Respublikasının Pekin şəhərində “Geoməkan və statistik məlumatların inteqrasiyası” mövzusunda seminar keçirilib18.06.2014
Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin sektor müdiri Azər Əhmədov 2014-cü ilin 9-12 iyun tarixlərində BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəetmə Ofisi (UN GGIM) və Çin Xalq Respublikasının Coğrafi İnformasiya və Xəritəçəkmə üzrə Milli Administrasiyası (NASG) tərəfindən Çin Xalq Respublikasının Pekin şəhərində təşkil edilmiş “Geoməkan və statistik məlumatlarının inteqrasiyası”...
Ətraflı
Azərbaycan “Rəsmi statistikada keyfiyyət” mövzusunda keçirilmiş Avropa konfransında təmsil olunmuşdur13.06.2014
2014-cü ilin 2-5 iyun tarixində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Y.Yusifov və Aparatın Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Q.Əliyev Avropa Azad Ticarət Assosiasiyasının (AATA), Avrostatın və Avstriya Statistika İdarəsinin birgə təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində “Rəsmi statistikada keyfiyyət” mövzusunda keçirilmiş Avropa konfransında iştirak etmişlər.
Ətraflı
İsveçrənin Cenevrə şəhərində istehlak qiymətləri indeksinə dair ekspert qrupunun sessiyası keçirilmişdir10.06.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə 26-28 may 2014-cü il tarixində BMT-nin Avropa İqtisadi Komissiyası və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində keçirilmiş istehlak qiymətləri indeksinə həsr olunmuş ekspert qrupunun sessiyasında iştirak etmişdir. İclasda Amerika Birləşmiş Ştatları, Avstriya, Fransa, İtaliya, Norveç, İsveç ...
Ətraflı
Türkiyə Respublikasının Ankara şəhərində “Milli statistika nümayəndələri üçün meşə məhsulları statistikası”na dair seminar keçirilmişdir.06.06.2014
Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsi müdirinin müavini Vüqar Məmmədəlizadə 2014-cü ilin 27-28 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən Türkiyə Respublikasının Ankara şəhərində təşkil edilmiş “Milli statistika nümayəndələri üçün meşə məhsulları statistikası”na dair seminarda iştirak etmişdir.
Ətraflı
Cenevrə şəhərində su informasiya sistemi və suya dair məlumatların təqdim edilməsinə dair seminar və ekoloji göstəricilərə dair məqsədli işçi qrupun 8-ci sessiyası keçirilmişdir. 03.06.2014
2014-cü il may ayının 13-dən 15-dək Cenevrə şəhərində su informasiya sistemi və suya dair məlumatların təqdim edilməsinə dair seminar, ekoloji göstəricilərə dair məqsədli işçi qrupun 8-ci sessiyası keçirilmişdir.Tədbirlərdə MDB-yə daxil olan dövlətlərin statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, eləcə də Gürcüstan, Makedoniya, Monteneqro, Serbiya, Bosniya və Herseqovinanın...
Ətraflı
Dövlət Statistika Komitəsində “İnsan hüquqları aylığı” mövzusunda tədbir keçirilmişdir02.06.2014
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilindən daxil olan məktuba uyğun olaraq, 2014-cü il may ayının 30-da Dövlət Statistika Komitəsində Aparatın əməkdaşlarının iştirakı ilə “İnsan hüquqları aylığı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə bildirilmişdir ki, Azərbaycanda ölkə Prezidentinin Fərmanı ilə 2007-ci ildən hər il iyun ayının 18-i “İnsan hüquqları günü" kimi qeyd edilir.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 [-34-] 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73

kişisel blog