Mətbu məlumat  
Xəbərlər
Cenevrə şəhərində “Gender statistikası üzrə seminar və İşçi sessiya” keçirilmişdir04.04.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və həmin şöbənin aparıcı məsləhətçisi Sitarə Babayeva BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən 17-21 mart 2014-cü il tarixlərində Cenevrə şəhərində təşkil edilmiş “Gender statistikası üzrə seminar və İşçi sessiyası”nda iştirak etmişlər.
Ətraflı
Dövlət Statistika Komitəsi tərəfindən 720 məcburi köçkün ailəsinə ərzaq yardımı göstərilib19.03.2014
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollektivi tərəfindən 17 mart 2014-cü il tarixdə Novruz bayramı münasibətilə Oğuz rayonunda məskunlaşmış 720 məcburi köçkün ailəsinə 6100 manatlıq ərzaq yardımı göstərilmişdir.


Ətraflı
Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun BMT-nin Statistika Komissiyasının 45-ci sessiyasında iştirakı haqqında14.03.2014
3-7 mart 2014-cü il tarixində BMT-nin Statistika Komissiyasının Nyu York şəhərində 45-ci sessiyası keçirilmiş, bu tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak etmişdir. Sessiyada “Rəsmi statistikanın əsas prinsipləri”nin həyata keçirilməsi; Statistika Komissiyasının iş metodları; inkişafın ölçülməsinin daha geniş göstəriciləri; milli hesablar; ekoloji-iqtisadi hesablar; beynəlxalq ticarət və iqtisadi qloballaşma statistikası; inkişaf naminə informasiya və kommunikasiya texnologiyaları; ...
Ətraflı
Dövlət Statistika Komitəsində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib06.03.2014
Martın 6-da Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov Beynəlxalq Valyuta Fondunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Görüşdə BVF nümayəndə heyətinin rəhbəri cənab Raca Almarzogi, xanım Maria Albino-Uor və cənab Brays Kvilin iştirak ediblər. Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və BVF nümayəndələrinin əvvəlki ...
Ətraflı
Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib26.02.2014
Fevralın 25-də Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Görüşdə Dünya Bankının yüksək vəzifəli şəxsi - Yoxsulluğun Azaldılması və Makroiqtisadiyyat üzrə Sektor meneceri xanım Karolina Sançez, PREM üzrə Ölkə Sektor Əlaqələndiricisi və aparıcı iqtisadçı xanım Raşmi Şankar, baş iqtisadçı xanım Nista Sinha iştirak ediblər.
Ətraflı
Dövlət Statistika Komitəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib26.02.2014
Fevralın 25-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə tədbir keçirildi. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsi müdirinin müavini Malik Heydərov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsindən bəhs etdi.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 [-37-] 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73

kişisel blog