Mətbu məlumat  
Xəbərlər
Moldova Respublikasının Kişinyov şəhərində “İstifadəçilərin rahatlığına yönəldilmiş statistik məlumatların yayılması və PC-Axis proqramından istifadə edilməsi” mövzusunda təlim kursu keçirilmişdir11.10.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi müdirinin müavini Çimnaz Əliyeva, Məlumatların yayılması şöbəsinin sektor müdiri Azər Əhmədov və Baş Hesablama Mərkəzinin Veb texnologiyalarının tətbiqi şöbəsi müdirinin müavini Elgün Xəlilzadə 2013-cü ilin 23-25 sentyabr tarixlərində Avropa Azad Ticarət Assosiasiyasının təşkilatçılığı ilə Moldova ...
Ətraflı
İsveçrənin Cenevrə şəhərində “Statistik Məlumatların Toplanması” mövzusunda seminar keçirilmişdir 10.10.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin aparıcı məsləhətçisi Elistan Əzimov BMT-nın Avropa İqtisadi Komissiyası tərəfindən 2013-cü ilin 25-27 sentyabr tarixlərində Cenevrədə “Statistik Məlumatların Toplanması” mövzusunda keçirilmiş ikinci seminarda iştirak etmişdir. Seminarda Almaniya, Avstraliya, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Kanada, Macarıstan, İrlandiya, İsrail, İtaliya ...
Ətraflı
Dövlət Statistika Komitəsində İnformasiya təhlükəsizliyinə dair maarifləndirmənin genişləndirilməsi mövzusunda seminar keçirilmişdir.07.10.2013
04 oktyabr 2013-cü il tarixində “Azərbaycan 2020:gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində “Dövlət Statistika Komitəsində informasiya təhlükəsizliyinə dair maarifləndirmənin genişləndirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarı giriş nitqi ilə Dövlət Statistika Komitəsinin sədr müavini Y.Yusifov açaraq, müasir dövrdə informasiyanın və onun təhlükəsizliyinin bütün cəmiyyət, eyni zamanda Dövlət Statistika Komitəsi...
Ətraflı
Birləşmiş Vyana İnstitutunda “Milli hesablar sistemi və onun digər makroiqtisadi sistemlərlə əlaqəsi” mövzusunda kurs keçirilmişdir04.10.2013
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin aparıcı məsləhətçisi Alidə Alpaşayeva Beynəlxalq Valyuta Fondunun (BVF) Statistika Departamenti və BVF-in Potensialın İnkişafı İnstitutunun 9-20 sentyabr 2013-ci il tarixində Birləşmiş Vyana İnstitutunda (BVİ) Milli hesablar sistemi və onun digər makroiqtisadi sistemlərlə əlaqəsinə dair təşkil etdikləri iki həftəlik kursda iştirak etmişdir.
Ətraflı
Dünya Bankının Bakı Ofisində təqdimat seminarı keçirilmişdir01.10.2013
2013-cü il 30 sentyabr tarixində Dünya Bankının Bakı Ofisində “Azərbaycanda kiçik və orta müəssisələrin maliyyəyə çıxışı və sahibkarlıq üzrə Tədqiqat”a dair təqdimat seminarı keçirilmişdir. Tədbirdə Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdir müavini Elnur Əlili iştirak etmişdir. Seminarda Dünya Bankının ekspertləri “Azərbaycanda sahibkarlıq mühiti”, “Maliyyəyə çıxış – məcburi məhdudiyyətlərin zəiflədilməsi üçün tədbirlər”...
Ətraflı
Ətraf Mühit İnformasiya Sistemi layihəsinin İdarəetmə Komitəsinin təşkilatçılığı ilə Kopenhagen şəhərində seminar keçirilmişdir27.09.2013
Cari ilin sentyabr ayının 17-18-də Kopenhagen şəhərində “Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti - Ətraf Mühit İnformasiya Sistemi (ENPI-SEIS) layihəsi” üzrə İdarəetmə Komitəsinin seminarı keçirilmişdir. Seminarda Cənubi Qafqaz ölkələri, Belarus, Moldova və Ukrayna statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, eləcə də Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti Cənub regionu ölkələrinin ...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 [-41-] 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog