Mətbu məlumat  
Xəbərlər
MDB üzv-iştirakçı dövlətlərin statistika xidmətləri rəhbərləri Şurasının 50-ci iclası və MDB ölkələrində əhalinin siyahıyaalınması və miqrasiya statistikası üzrə yüksək səviyyəli seminar keçirilmişdir29.10.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və Əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev 16-18 oktyabr tarixlərində Rusiya Federasiyasının Gəlincik şəhərində təşkil olunmuş MDB üzv-iştirakçı dövlətlərin statistika orqanları rəhbərləri Şurasının 50-ci iclasında və MDB ölkələrində əhalinin siyahıyaalınması və miqrasiya statistikası üzrə yüksək səviyyəli seminarda iştirak etmişlər.
Ətraflı
Dövlət Statistika Komitəsində Sənaye və tikinti statistikası şöbəsinin təşkilatçılığı ilə seminar keçirilmişdir25.10.2013
2013-cü il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planına uyğun olaraq 2013-cü il 25 oktyabr tarixində Dövlət Statistika Komitəsinin inzibati binasında Aparatın Sənaye və tikinti statistikası şöbəsinin təşkilatçılığı və bir sıra dövlət orqanlarının, müəssisə və təşkilatların və KİV nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir. Seminarda Sənaye və tikinti statistikası şöbəsi müdirinin müavini Elnur Əlili “Sənaye və tikinti statistikası ...
Ətraflı
Türkiyənin Antalya şəhərində “Əhalinin proqnozu” mövzusunda təlim kursu keçirilmişdir11.10.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və Statistik Məlumatların ETLTM-nin Statistik məlumatların ekonometrik təhlili şöbəsi rəisinin müavini Səadət Rəhimova cari il sentyabr ayının 23-dən oktyabr ayının 02-dək BMT-nin Əhali Fondunun və Rusiya Ali İqtisad Məktəbinin Milli Tədqiqatlar Universitetinin (AİM MTU) maliyyə dəstəyi ilə Türkiyənin ...
Ətraflı
Moldova Respublikasının Kişinyov şəhərində “İstifadəçilərin rahatlığına yönəldilmiş statistik məlumatların yayılması və PC-Axis proqramından istifadə edilməsi” mövzusunda təlim kursu keçirilmişdir11.10.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi müdirinin müavini Çimnaz Əliyeva, Məlumatların yayılması şöbəsinin sektor müdiri Azər Əhmədov və Baş Hesablama Mərkəzinin Veb texnologiyalarının tətbiqi şöbəsi müdirinin müavini Elgün Xəlilzadə 2013-cü ilin 23-25 sentyabr tarixlərində Avropa Azad Ticarət Assosiasiyasının təşkilatçılığı ilə Moldova ...
Ətraflı
İsveçrənin Cenevrə şəhərində “Statistik Məlumatların Toplanması” mövzusunda seminar keçirilmişdir 10.10.2013
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin aparıcı məsləhətçisi Elistan Əzimov BMT-nın Avropa İqtisadi Komissiyası tərəfindən 2013-cü ilin 25-27 sentyabr tarixlərində Cenevrədə “Statistik Məlumatların Toplanması” mövzusunda keçirilmiş ikinci seminarda iştirak etmişdir. Seminarda Almaniya, Avstraliya, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Kanada, Macarıstan, İrlandiya, İsrail, İtaliya ...
Ətraflı
Dövlət Statistika Komitəsində İnformasiya təhlükəsizliyinə dair maarifləndirmənin genişləndirilməsi mövzusunda seminar keçirilmişdir.07.10.2013
04 oktyabr 2013-cü il tarixində “Azərbaycan 2020:gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində “Dövlət Statistika Komitəsində informasiya təhlükəsizliyinə dair maarifləndirmənin genişləndirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarı giriş nitqi ilə Dövlət Statistika Komitəsinin sədr müavini Y.Yusifov açaraq, müasir dövrdə informasiyanın və onun təhlükəsizliyinin bütün cəmiyyət, eyni zamanda Dövlət Statistika Komitəsi...
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 [-42-] 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73

kişisel blog