Mətbu məlumat  
Xəbərlər
Dövlət Statistika Komitəsində 2012-ci ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir18.01.2013
2013-cü il yanvarın 18-də Dövlət Statistika Komitəsində kütləvi informasiya vasitələri ilə “2012-ci ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları” mövzusuna həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransı Dövlət Statistika Komitəsinin sədri cənab Arif Vəliyev tərəfindən aparılmışdır. Cənab Arif Vəliyev 2012-ci ildə ölkənin sosial və iqtisadi sahələrində baş vermiş dəyişikliklər, iqtisadiyyatının inkişafı...
Ətraflı
2012-ci ildə Dövlət Statistika Komitəsində maarifləndirmə işləri aparılmışdır14.01.2013
Dövlət Statistika Komitəsinin Aparatında və yerli statistika orqanlarında çalışan dövlət qulluqçuları üçün Komitənin müvafiq əmrləri ilə təsdiq edilmiş tədris proqramlarına uyğun olaraq praktiki təlimlərin keçirilməsi nəzərdə tutulmuş, Komitənin Aparatının və yerli statistika orqanlarının işçilərinə “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının öyrənilməsinə dair məşğələlər keçirilmişdir.
Ətraflı
2012-ci ildə Dövlət Statistika Komitəsində etik davranış qaydalarının pozulması hallarına görə tətbiq edilmiş intizam tənbehi tədbirləri14.01.2013
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının etik davranış qaydalarına daim nəzarət edilərək, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər həyata keçirilmişdir. Bununla əlaqədar Dövlət Statistika Komitəsinin əmr, sərəncam və tapşırıqlarını yerinə yetirməyən dövlət qulluqçularına qarşı intizam tənbehi tətbiq edilmişdir.
Ətraflı
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşəbbüsü ilə Türkiyənin Ankara şəhərində, Türkstatda Keyfiyyətin idarə olunması və metaməlumatlar mövzusunda təcrübə mübadiləsi keçirilmişdir29.12.2012
Təcrübə mübadiləsi 19-21 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşəbbüsü ilə Türkiyənin Ankara şəhərində, Türkstatda keçirilmişdir. Təcrübə mübadiləsinin əsas məqsədi Türkstatın son dövrlərdə beynəlxalq tədbirlərdə keyfiyyətin təmin olunması və metaməlumatlar sahəsində nümayiş etdirdiyi sistem haqqında daha ətraflı məlumatların əldə edilməsi, sistemin yaradılması ilə bağlı həyata keçirilmiş praktik təcrübələrlə tanış olmaq, sistemin təşkilində informasiya...
Ətraflı
Banqkok şəhərində "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və Əhalinin təbii hərəkəti statistikasının təkmilləşdirilməsi üzrə" toplantı keçirilmişdir28.12.2012
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Əhali və gender statistikası şöbəsinin baş məsləhətçisi Zəbihə Əsgər 10-11 dekabr 2012-ci il tarixlərində Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təşkil edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və əhalinin təbii hərəkəti statistikasının təkmilləşdirilməsi üzrə" toplantıda iştirak etmişdir. Tədbirdə Asiya və Sakit okean üzrə 46 ölkənin milli statistika...
Ətraflı
Dövlət Statistika Komitəsində Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib12.12.2012
Dekabrın 11-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Ümummilli Liderin xatirəsinə həsr olunmus anım mərasimi kecirilmisdir. Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giris sözu ilə acan Dövlət Statistika Komitəsi Aparatının rəhbəri Ziyad Abbasəliyev Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixində rolu barədə məlumat vermişdir.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 [-51-] 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72

kişisel blog