Mətbu məlumat  
Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anma günü12.12.2006
2006-ci il dekabr ayının 11-də Dövlət Statistika Komitəsinin binasında Ulu öndərimiz, müstəqil və müasir Azərbaycan Respublikasının banisi Heydər Əlirza oğlu Əliyevin büstünün açılış mərasimi keçirilmişdir. Bu mərasimdə Statistika Komitəsinin Aparatının və BHM-nin mütəxəssisləri, Millət vəkilləri Z.Səmədzadə və N.Cəfərov iştirak etmişlər. Büstü Dövlət Statistika Komitəsinin sədri A.Vəliyev açmış və o, öz çıxışında H.Əliyevin statistikaya göstərdiyi qayğı və diqqətdən danışmış ...
Ətraflı
Əhalinin 2009-cu il siyahıyaalınması ilə bağlı ilk beynəlxalq seminar07.11.2006
2006-cı il oktyabr ayının 30-dan noyabr ayının 3-dək Bakı şəhərində Crescent Beach Hotel mehmanxanasında Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən "Əhalinin və mənzil şəraitinin siyahıyaalınması" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Tədbirdə Azərbaycan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan respublikalarının rəsmi statistika orqanlarının mütəxəssisləri və Birləşmiş Millətlər Təşkilatının müxtəlif ölkələrdən dəvət etdiyi beynəlxalq ekspertlər iştirak etmişlər.
Ətraflı
2006-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə baglı mətbuat konfransı haqqında27.10.2006
Cari ilin oktyabr ayının 26-da Dövlət Statistika Komitəsinin sədri cənab A.Vəliyev doqquz ayda ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı mətbuat konfransı keçirmişdir. Öz çıxışında Statistika Komitəsinin sədri ölkə əhalisinin sayı, Ümumi Daxili Məhsulun istehsalı və onun artım templəri, sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, rabitə, daxıli və xarici ticarət sahələrinin inkişafı, habelə istehlak qiymətləri haqqında ətraflı məlumat verdi.
Ətraflı
"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymət miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı" 16 dekabr 2005-ci ildə Statistika Komitəsində keçirilmiş müşavirə20.12.2005
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymət miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı tədbirlər barədə" 22 iyun 2005-ci il tarixli 116 saylı Qərarının 22-ci maddəsinin icrası ilə bağlı cari ilin dekabrın 16-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində aparatın, BHM-nin şöbələri və Bakı, Sumqayıt şəhər, Abşeron statistika idarələri nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.
Ətraflı
2005-ci il 11-15 iyul tarixlərində Qazaxıstanın Almatı şəhərində BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT-FAO), Avrostat ilə birgə keçirdiyi seminar müşavirə haqqında27.07.2005
Cari il iyulun 11-15 tarixlərində Qazaxıstanın Almatı şəhərində BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT-FAO), Avrostat ilə birgə keçirdiyi seminar müşavirədə beynəlxalq təşkilatlarla yanaşı ABŞ-da daxil olmaqla Rusiya Federasiyası, Qazaxıstan və Orta Asiya respublikaları(Türkmənistandan başqa), Ukrayna, Belarus, Moldova, və Cənubi Qafqaz respublikalarının milli statistika xidməti orqanları və kənd təsərrüfatı nazirliklərinin nümayəndələri iştirak etmişlər.
Ətraflı
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarının ziyarəti13.05.2005
2005-ci il mayın 10-da müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 82-ci ildönümündə, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev başda olmaqla komitənin bütün kollektivi ulu öndərimizin xatirəsini əziz tutaraq məzarını ziyarət etmiş və böyük ehtiramla onun ruhu qarşısında baş əymişlər.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 [-71-] 72

kişisel blog