Mətbu məlumat  
Xəbərlər
"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymət miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı" 16 dekabr 2005-ci ildə Statistika Komitəsində keçirilmiş müşavirə20.12.2005
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymət miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı tədbirlər barədə" 22 iyun 2005-ci il tarixli 116 saylı Qərarının 22-ci maddəsinin icrası ilə bağlı cari ilin dekabrın 16-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində aparatın, BHM-nin şöbələri və Bakı, Sumqayıt şəhər, Abşeron statistika idarələri nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.
Ətraflı
2005-ci il 11-15 iyul tarixlərində Qazaxıstanın Almatı şəhərində BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT-FAO), Avrostat ilə birgə keçirdiyi seminar müşavirə haqqında27.07.2005
Cari il iyulun 11-15 tarixlərində Qazaxıstanın Almatı şəhərində BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT-FAO), Avrostat ilə birgə keçirdiyi seminar müşavirədə beynəlxalq təşkilatlarla yanaşı ABŞ-da daxil olmaqla Rusiya Federasiyası, Qazaxıstan və Orta Asiya respublikaları(Türkmənistandan başqa), Ukrayna, Belarus, Moldova, və Cənubi Qafqaz respublikalarının milli statistika xidməti orqanları və kənd təsərrüfatı nazirliklərinin nümayəndələri iştirak etmişlər.
Ətraflı
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarının ziyarəti13.05.2005
2005-ci il mayın 10-da müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 82-ci ildönümündə, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev başda olmaqla komitənin bütün kollektivi ulu öndərimizin xatirəsini əziz tutaraq məzarını ziyarət etmiş və böyük ehtiramla onun ruhu qarşısında baş əymişlər.
Ətraflı
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 [-72-]

kişisel blog