25.01.2016  

2015-ci ildə ümumi daxili məhsul istehsalı

İlkin məlumatlara görə 2015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 54,4 milyard manat olmuşdur.
Əhalinin hər nəfərinə düşən ÜDM-nin həcmi 5703,7 manat, yaxud 5558,7 ABŞ dolları təşkil etmişdir. Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda 37,7 milyard manatlıq əlavə dəyər istehsal olunmuş, onun ÜDM-də xüsusi çəkisi 69,3 faizədək yüksəlmişdir.
Bu dövrdə ümumi daxili məhsulun 33,93 faizi sənayedə, 12,14 faizi tikintidə, 10,00 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,23 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,40 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,71 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,99 faizi informasiya və rabitə sahələrində, 19,31 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,29 faizini təşkil etmişdir.

Əlaqə nömrəsi: 5387450