12.02.2016  

2015-ci ilin IV rübündə tikintidə istehsalçı qiymətlərinin dəyişməsi haqqında

2015-ci ilin IV rübündə yerüstü tikililər üzrə qiymətlər 0,2 faiz ucuzlaşmış, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,6 faiz bahalaşmışdır. Ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz ucuzlaşmışdır.
Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmış, istehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər 3,1 faiz ucuzlaşmış, yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə sabit qalmışdır.

Əlaqə telefonu: 538-52-72