15.02.2016  

2015-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük və sərnişin daşımaları haqqında

2015-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 52,2 milyon ton, yük dövriyyəsi isə 10956,1 milyon ton-km olmuşdur. Yüklərin 30,65 milyon tonu və ya 58,7 faizi avtomobil nəqliyyatı, 15,52 milyon tonu və ya 29,7 faizi dəmir yolu nəqliyyatı, 6,06 milyon tonu və ya 11,6 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
2014-cü illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 10,2 faiz azalmışdır. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22,0 faiz və 34,8 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,7 faiz artmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 18,2 faizini və ya 9,49 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
İl ərzində dəhliz vasitəsilə 331,1 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 6628,5 milyon sərnişin-km olmuşdur. Əvvəlki illə müqayisədə sərnişin daşınması 7,8 faiz, sərnişin dövriyyəsi isə 7,5 faiz artmışdır. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş vermişdir.

Əlaqə telefonu: 538-93-98