20.04.2016  

2016-cı ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı

Cari ilin birinci rübündə ölkədə 12588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,5 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 1311,6 manata bərabər olmuşdur.
Bu dövrdə ümumi daxili məhsulun 39,0 faizi sənayedə, 13,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,4 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə sahələrində, 16,0 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,3 faizini təşkil etmişdir.
ÜDM istehsalının 65,5 faizi qeyri-neft sahələrinin payına düşmüşdür.

Əlaqə nömrəsi: 5387450