23.06.2016  

2016-cı ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

Cari ilin yanvar-may aylarında ölkədə 21512,8 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olmuşdur.
Bu dövrdə ümumi daxili məhsulun 39,8 faizi sənayedə, 12,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,6 faizi tikintidə, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində, 2,0 faizi informasiya və rabitə sahələrində, 16,4 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,7 faizini təşkil etmişdir.
ÜDM istehsalının 64,2 faizi qeyri-neft sahələrinin payına düşmüşdür.

Əlaqə nömrəsi: 5387450