16.05.2016  

2016-cı ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

Hesabat dövrü ərzində ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayının azalması müşahidə olunmuşdur. Belə ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 20,8 faiz, zərərçəkənlərin sayı isə 23,4 faiz azalmışdır. Zərərçəkənlərin 453 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almış, 143 nəfəri isə həlak olmuşdur.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (365-i) yaşayış məntəqələrində baş vermiş, nəticədə 512 nəfər zərər çəkmiş, onlardan 96 nəfər həlak olmuş, 416 nəfər isə yaralanmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 33,3 faiz, yaralananların sayı isə 17,0 faiz azalmışdır. Bütün yol-nəqliyyat hadisələrinin 40,8 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 19,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 39,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 23,7 faiz, 27,8 faiz və 13,2 faiz azalmışdır.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2016-cı ilin yanvar-mart aylarında, vahid 2015-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 419 79,2
Məkanına görə:
magistral avtomobil yollarında 54 71,1
yaşayış məntəqələrində 365 80,6
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 189 85,1
toran vaxtı 90 89,1
gecə vaxtı 140 68,0
Yol örtüyünün vəziyyətinə görə
quru yol örtüyü 381 83,7
digər (yaş, buz və s.) 38 51,4
Zərərçəkənlərin sayı, nəfər 596 76,6
həlak olanlar 143 64,1
yaralananlar 453 81,6

Yol-nəqliyyat hadisələrinin 45,1 faizi gündüz, 33,4 faizi gecə, 21,5 faizi isə toran vaxtı baş vermişdir. Hadisələrin 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarətinin alınması ilə nəticələnən 6 hadisə baş vermiş, nəticədə 8 nəfər zərər çəkmişdir. Belə hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
2016-cı ilin yanvar-mart aylarında yol-hərəkəti qaydaları əleyhinə 747,5 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz çox inzibati xəta aşkarlanmışdır. Xətaların 55,5 faizi yolda müəyyən edilmiş hərəkət sürətinin aşılması, 11,8 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,0 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 19,7 milyon manat məbləğində cərimələr ödənilmişdir.

Tel: 538 90 12