16.05.2016  

2016-cı ilin yanvar-aprel aylarında əhalinin gəlirləri

2016-cı ilin yanvar-aprel aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9,0 faiz artaraq 13789,5 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 1436,1 manat və ya ayda orta hesabla 359,0 manat təşkil etmişdir.
Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,3 faizi isə yığıma yönəldilmişdir. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 12467,9 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 1298,5 manat vəsait qalmışdır.



Əlaqə nömrəsi: 5387450