19.07.2016  

2016-cı ilin yanvar-iyun aylarında əhalinin gəlirləri

2016-cı ilin birinci yarısında ölkə əhalisinin gəlirləri 21493,9 milyon manata çatmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,4 faiz artmışdır.
Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,8 faizi isə yığıma yönəldilmişdir. Əhalinin hər nəfərinə düşən gəlirlər 2236,5 manat, yaxud ayda orta hesabla 372,8 manat təşkil etmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 19500,6 milyon manat və ya hər nəfərinə orta hesabla 2029,1 manat vəsait qalmışdır.

Əlaqə nömrəsi: 5387450