22.07.2016  

Əsas kapitala yönəldilmiş vəsait haqqında

2016-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 6769,6 milyon manatlıq vəsaitin 68,9 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 83,5 faizi məhsul istehsalı obyektlərinin, 12,4 faizi xidmət sahələri üzrə obyektlərin, 4,1 faizi isə ümumi sahəsi 767,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 37,1 faizini təşkil etmişdir. 2016-cı ilin yanvar-iyun aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində, Beyləqan, Qazax, Qəbələ, Sabirabad, Zaqatala rayonlarında 2118 şagird yerlik 10 ümumtəhsil məktəb binası, Mingəçevir şəhərində, Abşeron, Ağsu, İmişli, Qazax, Sabirabad və Samux rayonlarında 610 yerlik 7 məktəbəqədər təhsil müəssisəsi, Mingəçevir şəhərində, Qazax, Sabirabad və Zaqatala rayonlarında 560 yerlik 4 klub və s. obyektlər istifadəyə verilmişdir.

Telefon: 539 84 02