11.08.2016  

Pərakəndə ticarət dövriyyəsi haqqında

2016-cı ilin yanvar-iyul aylarında istehlakçılara 16169,5 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz çox məhsul satılmışdır. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,8 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,6 faiz artmışdır. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.