09.09.2016  

2016-cı ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında

2016-cı ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28359,3 min ton, yük dövriyyəsi isə 5396,9 milyon ton-km olmuşdur. Yüklərin 18223,5 min tonu və ya 64,3 faizi avtomobil nəqliyyatı, 7576,1 min tonu və ya 26,7 faizi dəmir yolu nəqliyyatı, 2559,7 min tonu və ya 9,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 8,2 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 18,5 faiz və 34,0 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,8 faizini və ya 4197,9 min tonunu tranzit yüklər təşkil etmişdir. 2016-cı ilin yanvar-iyul aylarında dəhliz vasitəsilə 196,7 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 3959,3 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,4 faiz artmışdır.