13.01.2017  

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

   2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,9 faiz ucuzlamış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 3,4 faiz bahalaşmışdır.

2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,0 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5 faiz bahalaşmışdır.

 Ay ərzində bitkiçilik məhsullarından buğdanın, arpanın, kartofun, xiyarın, xurmanın, narın, naringinin, armudun, heyvanın istehsalçı qiymətində bahalaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Dekabr ayında heyvandarlıq məhsullarından südün, mal ətinin, qoyun ətinin, yumurtanın istehsalçı qiyməti bahalaşmış, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72