16.01.2017  

Xarici ticarət əlaqələri haqqında

              2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.

              Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 19606,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11889,5 milyon dollar, idxalın dəyəri 7716,7 milyon dollar təşkil etmiş, nəticədə 4172,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

              Ticarət dövriyyəsinin 36,8 faizi Avropa İttifaqı ölkələri, 12,5 faizi MDB üzvü dövlətləri, 50,7 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

              İxracın dəyərinin 17,1 faizi İtaliyaya, 12,7 faizi Türkiyəyə, 8,4 faizi Tayvana (Çinin əyaləti), 7,0 faizi Almaniyaya, 6,9 faizi İsrailə, 5,2 faizi Fransaya, 4,8 faizi Hindistana, 4,4 faizi Rusiyaya, 3,7 faizi Gürcüstana, 2,8 faizi Xorvatiyaya, qalan 27,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

               İdxal olunmuş məhsulların dəyərinin 17,8 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 6,1 faizi Birləşmiş Krallığın, 5,6 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, hər biri 3,5 faiz olmaqla Norveç və Yaponiyanın, 3,4 faizi Ukraynanın, 2,6 faizi Sinqapurun, 26,9 faizi isə digər ölkələrin payına düşmüşdür.

2016-cı ilin yanvar-noyabr aylarında 1117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır.

  2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz – 49,1 faiz, kartof – 4,3 faiz, qara metallardan borular – 5,0 dəfə, pambıq  ipliyi – 15,3 faiz artmış, şəkər ixracı isə 46,9 faiz, bitki yağları – 59,9 faiz, çay – 72,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,8 faiz, polietilen – 3,2 faiz, emal olunmamış alüminium – 23,4 faiz azalmışdır.

2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2016-cı ilin yanvar-noyabr aylarında buğda idxalı 15,3 faiz, xam şəkər və şəkər – 34,8 faiz, bitki yağları – 21,0 faiz, təzə meyvə – 17,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,2 faiz, çay – 81,3 faiz, kartof­­­­ – 48,4 faiz, quş əti və onun əlavə məhsulları – 3,8 dəfə, təzə tərəvəz – 82,1 faiz, mal əti – 0,1 faiz, mebel – 21,0 faiz, hesablama maşınları, blok və qurğuları – 3,2 dəfə, mineral gübrələr – 7,5 faiz, rezin şinlər – 38,4 faiz, məişət kondisionerləri – 5,3 dəfə artmış, minik avtomobillərinin idxalı isə 81,6 faiz, qara metallardan borular – 51,3 faiz, polad prokatı – 0,6 faiz, qara metallardan çubuqlar – 61,3 faiz, polietilen – 23,4 faiz, qara metallardan künclüklər ­– 36,8 faiz, sement və sement klinkerləri – 15,3 faiz azalmışdır.

Daha ətraflı məlumat əlavə olunur.

                                                                                                                                   Əlavə

2016-cı ilin yanvar-noyabr aylarında idxal və ixracın strukturu

Məhsul qruplarının adları İdxal İxrac
min ABŞ dollarıidxalda xüsusi çəkisi, %min ABŞ dolları ixracda xüsusi çəkisi, %
A 1 2 3 4
Cəmi 7716723,7 100,0 11889513,2 100,0
o cümlədən:
Diri heyvanlar və heyvan mənşəli məhsullar 160167,3 2,08 3596,1 0,03
Bitki mənşəli məhsullar 528661,9 6,85 349379,1 2,94
Heyvan və ya bitki mənşəli piylər və yağlar 129369,2 1,68 14660,1 0,12
Hazır ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün 609510,8 7,90 109307,7 0,92
Mineral məhsullar 273889,8 3,55 10838391,1 91,16
Kimya sənayesi məhsulları 645252,3 8,36 53690,7 0,45
Plastik kütlələr, kauçuk, rezin, 344442,6 4,46 90903,1 0,77
onlardan hazırlanan məmulatlar
Emal olunmamış gön, aşılanmış dəri, 18018,8 0,23 14675,3 0,12
təbii xəz, onlardan hazırlanan məmulatlar
Oduncaq, mantar, onlardan hazırlanan məmulatlar, hörmə məhsulları 172158,0 2,23 1180,4 0,01
Oduncaqdan hazırlanan kağız və karton, 105066,8 1,36 3782,6 0,03
onlardan hazırlanan məmulatlar
Toxuculuq materialları və məmulatları 293151,0 3,80 32857,3 0,28
Ayaqqabı, baş geyimləri, çətirlər, çəliklər, lələklər, süni güllər 69309,9 0,90 301,5 0,00
Daş, gips, sement, asbest, slyuda, keramika və şüşə məmulatları 175054,9 2,27 663,7 0,01
Qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar 26684,5 0,35 70737,8 0,60
Azqiymətli metallar və onlardan hazırlanan məmulatlar 1220772,1 15,82 199429,7 1,68
Maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatlar 1865881,1 24,18 34716,2 0,29
Quru yol nəqliyyat vasitələri, üzən nəqliyyat vasitələri 638470,1 8,27 58512,8 0,49
Optik, fotoqrafik, ölçü, nəzarət, tibbi alət və aparatlar, saatlar, musiqi alətləri 175306,4 2,27 5931,8 0,05
Müxtəlif sənaye məhsulları 251935,8 3,27 1758,9 0,01
İncəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat 163,9 0,00 448,4 0,00
Digər məhsullar 13456,5 0,17 4588,9 0,04