Pərakəndə ticarət dövriyyəsi haqqında

27.03.2017

2017-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,4 faiz üstələyərək 4,9 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 2,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,5 faiz və 2,3 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2016-cı ilin yanvar-fevral aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 4 926,0 101,4
o cümlədən:
ərzaq məhsulları 2 209,4 100,5
içkilər və tütün məmulatları 289,4 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 886,9 102,4
elektrik malları və mebel 312,9 102,7
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 38,7 101,9
əczaçılıq və tibbi mallar 66,1 101,7
avtomobil yanacağı 243,4 100,2
digər qeyri-ərzaq məhsulları 879,2 102,9

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebelin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının 11,7 faizi hüquqi şəxs statuslu müəssisələr, 54,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 254,0 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 32,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 128,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 125,2 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

əlaqə telefonu: 538-77-25