Xarici ticarət əlaqələri haqqında

14.06.2017

2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 93 ölkəyə məhsul ixrac olunmuş, 148 ölkədən idxal olunmuşdur.

              Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 7000,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4835,8 milyon dollar, idxalın dəyəri 2165,0 milyon dollar təşkil etmiş, nəticədə 2670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8 faiz artmış, real ifadədə isə 15,2 faiz, o cümlədən ixrac 6,8 faiz, idxal 27,6 faiz azalmışdır.

              Ticarət dövriyyəsinin 39,4 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 48,5 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

              İxracın dəyərinin 23,2 faizi İtaliyaya, 10,8 faizi Türkiyəyə, 5,4 faizi Çinə, hər biri 5,2 faiz olmaqla  Portuqaliya və İsrailə, 4,9 faizi Tayvana (Çinin əyaləti),  hər biri 4,4 faiz olmaqla Almaniya və Kanadaya, 4,3 faizi Gürcüstana, hər biri 3,4 faiz olmaqla Rusiya və Hindistana,  qalan 25,4 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

               İdxal olunmuş məhsulların dəyərinin 18,8 faizi Rusiyanın, 16,6 faizi Türkiyənin, 9,8 faizi Çinin,  5,0 faizi  Almaniyanın, 4,5 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın,  3,8 faizi İtaliyanın, 3,7 faizi Birləşmiş Krallığın, 3,3 faizi İranın, 2,5 faizi Qazaxıstanın, 1,8 faizi Fransanın, 25,8 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-aprel aylarında 408,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6 faiz, real ifadədə isə 20,5 faiz çoxdur.

  2017-ci ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 62,3 faiz, təzə tərəvəz – 74,6 faiz, tütün – 49,5 faiz, çay – 22,1 faiz, meyvə və tərəvəz şirələri – 49,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,0 faiz, meyvə və tərəvəz konservləri – 14,0 faiz, polietilen – 0,3 faiz, pambıq lifi – 5,8 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 2,1 faiz, bitki yağları – 2,5 faiz, kartof – 27,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,5 faiz, emal olunmamış alüminium – 31,5 faiz, qara metallardan borular – 22,3 faiz, qara metallardan yarımfabrikatlar – 67,0 faiz, pambıq  ipliyi – 37,5 faiz  azalmışdır.

2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında təzə meyvə  idxalı 10,7 faiz, çay – 4,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,2 dəfə, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 7,4 faiz, polad prokatı – 6,3 faiz, hesablama maşınları, blok və qurğuları – 2,4 dəfə, mebel – 34,0 faiz, qara metallardan çubuqlar – 0,3 faiz, rezin şinlər – 73,1 faiz, mineral gübrələr – 4,3 dəfə, qara metallardan künclüklər ­– 38,4 faiz, paltaryuyan maşınlar – 2,2 dəfə, məişət kondisionerləri – 2,3 dəfə, yük avtomobilləri – 81,1 faiz, avtobuslar – 13,0 faiz  artmış, buğda idxalı isə 47,6 faiz, xam şəkər və şəkər – 0,9 faiz, bitki yağları – 30,1 faiz,  kərə yağı, digər süd yağları və pastaları – 3,7 faiz, kartof – 16,0 faiz,  təzə tərəvəz – 35,7 faiz, qara metallardan borular – 74,6 faiz, polietilen – 30,8 faiz, sement və sement klinkerləri – 92,1 faiz, məişət soyuducuları – 44,6 faiz azalmışdır.