XƏBƏRLƏR >>
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarının ziyarəti
2005-ci il mayın 10-da müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 82-ci ildönümündə, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev başda olmaqla komitənin bütün kollektivi ulu öndərimizin xatirəsini əziz tutaraq məzarını ziyarət etmiş və böyük ehtiramla onun ruhu qarşısında baş əymişlər.
Daha sonra akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək gül dəstələri qoymuşlar.