print
2017-02-23

Azərbaycan Respublikasına gəlmiş xarici vətəndaşların sayı haqqında

2016-cı ildə ölkəmizə gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq  2248,8 min nəfər olmuşdur. Azərbaycana səfər etmiş şəxslərin ümumi sayında  qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olmuşdur. Belə ki, ölkəmizə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası, 22,5 faizi Gürcüstan, 14,0 faizi Türkiyə, 11,1 faizi İran, 19,3 faizi isə digər ölkələrin vətəndaşları olmuşdur.

2015-ci il ilə müqayisədə 2016-cı ildə ölkəmizə gələn bir sıra xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə edilmişdir. Belə ki, İraq vətəndaşlarının sayı 30,0 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artmışdır.

Ötən ildə Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6 faiz azalaraq 91,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,1 faiz artaraq 868,0 min nəfər olmuşdur.

Əlaqə telefonu: 538-93-98