print
2017-03-14

Xarici ticarət əlaqələri haqqında

2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 117 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 70 ölkəyə məhsul ixrac olunmuş, 109 ölkədən idxal olunmuşdur.

              Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsi 1672,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1222,9 milyon dollar, idxalın dəyəri 450,0 milyon dollar təşkil etmiş, nəticədə 772,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 9,5 faiz, o cümlədən ixrac 10,7 faiz, idxal isə 6,9 faiz azalmışdır.

              Ticarət dövriyyəsinin 40,9 faizi Avropa İttifaqı ölkələri, 11,2 faizi MDB üzvü dövlətləri, 47,9 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

              İxracın dəyərinin 25,5 faizi İtaliyaya, 13,5 faizi Tayvana (Çinin əyaləti), 7,8 faizi Türkiyəyə, 7,2 faizi Portuqaliyaya, 7,0 faizi Hindistana, 5,5 faizi Kanadaya, 4,7 faizi Fransaya, 4,5 faizi Çexiyaya, hər biri 4,4 faiz olmaqla İspaniya və Gürcüstana, 4,2 faizi Ukraynaya, 3,2 faizi Rusiyaya, qalan 8,1 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

               İdxal olunmuş məhsulların dəyərinin 18,6 faizi Rusiyanın, 14,3 faizi Türkiyənin, 11,7 faizi Çinin, 5,5 faizi Almaniyanın, 5,1 faizi ABŞ-ın, 4,0 faizi Birləşmiş Krallığın, hər biri 3,9 faiz olmaqla İtaliya və Ukraynanın, 3,0 faizi İranın, hər biri 2,6 faiz olmaqla Hindistan və Braziliyanın, 2,3 faizi Türkmənistanın, 22,5 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar ayında 90,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar ayına nisbətən real ifadədə 49,5 faiz çoxdur.

  2017-ci ilin yanvar ayında 2016-cı ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 44,7 faiz, təzə tərəvəz – 2,3 dəfə, bitki yağları – 11,9 faiz, polietilen – 13,0 faiz, pambıq lifi – 7,5 dəfə, qara metallardan borular – 19,6 faiz, bentonit gili – 3,2 dəfə artmış, şəkər ixracı isə 36,2 faiz, çay – 35,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 66,9 faiz, emal olunmamış alüminium – 19,6 faiz, pambıq  ipliyi – 37,6 faiz azalmışdır.

2016-cı ilin yanvar ayı ilə müqayisədə 2017-ci ilin yanvar ayında xam şəkər və şəkər idxalı 35,3 faiz, buğda – 3,4 dəfə, təzə meyvə – 60,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,3 dəfə, çay – 2,8 dəfə, mal əti – 58,6 faiz, təzə tərəvəz – 25,6 faiz, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə, minik avtomobilləri – 4,7 faiz, polad prokatı – 45,3 faiz, mebel – 19,2 faiz, mineral gübrələr – 6,0 dəfə, rezin şinlər – 69,0 faiz, hesablama maşınları, blok və qurğuları – 97,5 faiz, paltaryuyan maşınlar – 60,8 faiz artmış, kartofun­­­­ idxalı isə 13,6 faiz, bitki yağları – 90,8 faiz, qara metallardan borular – 70,2 faiz, qara metallardan çubuqlar – 36,2 faiz, qara metallardan künclüklər ­– 19,9 faiz, polietilen – 67,3 faiz, sement və sement klinkerləri – 88,8 faiz azalmışdır.

əlaqə telefonu: 538-77-25