- 2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı dövlət proqramı
- "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planı
- "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı"nda və Dövlət Statistika Komitəsinin iştirak etdiyi digər dövlət proqramlarında icrası 2013-cü ildə nəzərdə tutulan tədbirlər planı
- "2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair dövlət proqramı
- 2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı
- "2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nda və Dövlət Statistika Komitəsinin iştirak etdiyi digər Dövlət proqramlarında icrası 2012-ci ildə nəzərdə tutulan tədbirlər planı
- 2012-ci il üçün statistik işlər proqramı
- 2012-ci ildə yerli statistika orqanları üçün statistik işlər proqramı

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
S Ə R Ə N C A M I
"2013-2017-ci illərdə Azərbaycan Respublikasında
rəsmi statistikanın inkişafı Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında
- Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılmasını, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması işinin sürətləndirilməsini və dövlət statistika orqanlarının vahid informasiya sisteminin, o cümlədən "e-statistika"nın inkişafını təmin etmək məqsədi ilə qərara alıram:
- "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
- Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, növbəti illərdə dövlət büdcəsinin layihələri tərtib edilərkən bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsaitin ayrılmasını təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
- Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
Bakı şəhəri, 21 dekabr 2012-ci il. № 2621 |
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti |