Nemət İsmayıl oğlu Xuduzadə - Əmək statistikası şöbəsi
Şöbə müdiri | |
Telefon: | 538-61-21 |
E-poçt: | nemat.khuduzade@stat.gov.az |
1970-ci il oktyabr ayının 13-də Göyçə mahalında anadan olmuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetini bitirmişdir.
1990-1991-ci illərdə Elmi-Tədqiqat Energetika İnstitutunda texnik, 1991-1997-ci illərdə Bakı Şəhər Statistika İdarəsində aparıcı iqtisadçı, 1997-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi və şöbə müdirinin müavini vəzifələrində işləmişdir. 2016-cı ildən Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
- əmək statistikası sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; - əmək statistikasına dair məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək; - əmək statistikası sahəsinin inkişafını təmin etmək; - əmək bazarına dair statistika tədqiqatlarını təşkil etmək; - ölkədə yeni iş yerlərinin açılması barədə statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə və ayrı-ayrı regionlarda baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək; - qanunvericiliklə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquq normalarına uyğun olaraq, verilmiş səlahiyyətlər çərçivəsində digər dövlətlərin statistika xidmətləri və beynəlxalq təşkilatlar ilə əmək statistikası sahəsində əməkdaşlığı həyata keçirmək. |