AZ    EN
logo

Allahverdiyev Rza Mustafa oğlu - Əhali statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-51-43
E-poçt: rza.allahverdiyev@stat.gov.az
1962-ci il aprel ayının 20-də Cəbrayıl rayonunun Söyüdlü kəndində anadan olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir.
1988-ci ildən 1990-cı ilədək Ucar rayon statistika idarəsində sex rəisi, 1990-1997-ci illərdə həmin idarənin rəisi, 1997-ci ildən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatında baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləmişdir.
2011-ci ilin noyabr ayından Dövlət Statistika Komitəsinin Əhali statistikası şöbəsinin müdiridir.
Dövlət qulluğunun müşaviridir. Qarabağ müharibəsi veteranıdır. 2000-ci ildən YAP-ın üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 oktyabr tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, üç övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- vahid metodologiyaya uyğun olaraq əhalinin təbii və mexaniki hərəkəti, eləcə də gender bərabərliyinin vəziyyəti ilə bağlı statistik məlumatların toplanmasını, onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
- əhalinin demoqrafik və gender bərabərliyinin vəziyyəti ilə bağlı statistik tədqiqatları, eləcə də əhali və ev təsərrüfatlarının siyahıyaalınmalarını təşkil etmək və həyata keçirmək;
- toplanmış məlumatlar əsasında ölkə, sahələr, iqtisadi rayonlar və regionlar səviyyəsində əhalinin demoqrafik və gender bərabərliyi vəziyyətini təhlil etmək.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim