AZ    EN
logo

Hacı Elçin Həbib oğlu - Sosial statistika şöbəsi

Şöbə müdiri
Telefon: 538-90-12
E-poçt: elchin.haji@stat.gov.az
1968-ci il martın 15-də Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1991-ci ildə Azərbaycan Texnologiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirmişdir.
1991-1993-ci illərdə müxtəlif müəssisələrdə əmtəəşünas, növbə rəisi və sex rəisi vəzifələrində çalışmışdır. 1993-2012-ci illərdə Dövlət Statistika Komitəsində 1-ci dərəcəli iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı və sektor müdiri vəzifələrində işləmişdir.
2012-ci ildən Dövlətstatkomun Xidmət statistikası şöbəsinin, 2016-cı ildən Sosial statistika şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 oktyabr tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Şöbənin fəaliyyət istiqaməti:
-sosial statistika sahəsində rəsmi statistikanın həyata keçirilməsini təmin etmək;
-statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
-regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlamaq və aidiyyəti qurumlara çatdırmaq.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim