AZ    EN
logo

Quliyev Gülbala Rza oğlu - Xidmət statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-93-98
E-poçt: gulbala.guliyev@stat.gov.az
1958-ci il fevralın 3-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
1979-cu ildən 2008-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 2008-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunda məsləhətçi vəzifəsində işləmişdir.
2015-ci ildən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Ticarət statistikası şöbəsi müdirinin müavini, 2016-cı ildən Xidmət statistikası şöbəsinin müdiridir.
Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, üç övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- xidmət statistikası sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- xidmət statistikasına dair məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
- xidmət statistikası sahəsinin inkişafını təmin etmək;
- xidmət statistikasına dair tədqiqatlarını təşkil etmək.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim