AZ    EN
logo

Vəliyev İlqar İslam oğlu - Dayanıqlı inkişaf statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 377-10-70 (22-51)
E-poçt: ilgar.valiyev@stat.gov.az
1973-cü il mart ayının 4-də anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir.
2010-cu ildə Bakı Şəhər Statistika İdarəsinin Nəsimi Rayon Statistika Şöbəsində aparıcı məsləhətçi, 2011-2020-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri vəzifələrində işləmişdir.
2020-ci ilin oktyabr ayından Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- dayanıqlı inkişafa təsir edən hadisələrin inkişaf qanunauyğunluqlarını, onların ölçülməsinin nəzəri və praktiki əsaslarını, habelə statistik məlumatların ölkədə baş verən inkişaf proseslərinə təsirinin öyrənilməsi;
- beynəlxalq təcrübə əsas götürülməklə ölkə üzrə dayanıqlı inkişafı xarakterizə edən göstəricilər əsasında kompleks təhlillərin aparılması, əldə olunmuş nəticələr əsasında tövsiyə və təkliflərin hazırlanması;
- ölkə üzrə dayanıqlı inkişafın ölçülməsi üçün göstəricilərin və onların seçilmə prosedurunun müəyyən edilməsi, habelə onlar arasında əlaqəliliyin ölçülməsi sisteminin işlənib hazırlanması;
- dayanıqlı inkişafın ölçüləri və aspektlərini əhatə edən mövzular üzrə elmi-praktiki və statistik araşdırmaların aparılması;
- dayanıqlı inkişafın ölçülməsi çərçivəsinin nəzəri və praktiki əsaslarının işlənib hazırlanması;
- dayanıqlı inkişafın aspektlərini əhatə edən sahələr üzrə ölkə və regionların rəsmi statistikasının aparılması;
- dayanıqlı inkişaf statistikasına dair rəsmi statistik informasiyaların, məlumat bazalarının və nəşrlərin hazırlanması.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim