Hüseynov Aqil Rasim oğlu - Qiymət statistikası şöbəsi
Şöbə müdiri | |
Telefon: | 538-52-72 (22-55) |
E-poçt: | agil.huseynov@stat.gov.az |
1989-cu il iyul ayının 10-da anadan olmuşdur. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr pilləsini, 2016-cı ildə isə həmin ixtisas üzrə magistr pilləsini bitirmişdir.
2013-2016-cı illərdə Bakı Şəhər Statistika İdarəsinin Binəqədi Rayon Statistika Şöbəsində, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparatında işləmişdir. 2024-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, bir övladı var. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
-qiymət statistikasına dair statistik məlumatların vaxtında toplanmasını, işlənməsini və hesablamaların aparılmasını təmin edir; -qiymət statistikası sahəsində yeniliklərin tətbiqini və sahənin inkişafını təmin edir; -qiymət statistikası sahələri üzrə statistika tədqiqatları təşkil edir və aparır; -qiymət indekslərinin hesablanmasına dair metodologiyaların işlənməsini və hazırlanmış statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin edir. |