Yusifov Yusif Xasay oğlu - Sədrin müavini, Kollegiyanın üzvü
Telefon: | 377-10-70 (33-62) |
E-poçt: | yusif.yusifov@stat.gov.az |
Qəbül günləri: | Çərşənbə axşamı saat 1600 - 1800 |
1975-ci il dekabr ayının 26-da Samux rayonunda anadan olmuşdur.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş, 1997-ci ildə Universiteti “Statistika” ixtisası üzrə bakalavr, 1999-cu ildə “Makroiqtisadi statistika” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə ikinci ali təhsilə yiyələnmişdir. 2001-ci ildə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunda “Statistik məlumatların toplanması, işlənməsi, təhlili” mövzusunda ixtisasartırma kursunu bitirmişdir. 2010-cu ildə “Azərbaycan Respublikasının nəqliyyat statistikasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinə aparıcı məsləhətçi vəzifəsinə işə daxil olmuş, həmin ildə baş məsləhətçi, 1999-cu ildə sektor müdiri, 2007-ci ildə isə şöbənin müdiri vəzifəsinə təyin olunmuş, 2012-ci ildə Komitədə yeni yaradılmış Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilmişdir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var. |