AZ    EN
logo

Məmmədəlizadə Vüqar Həsrət oğlu - Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi

Şöbə müdiri
Telefon: 538-93-59
E-poçt: vugar.mammadalizade@stat.gov.az
1979-cu il yanvar ayının 28-də anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2008-ci ildə isə magistr pilləsini, həmçinin 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.
2002-2015-ci illərdə Dövlət Statistika Komitəsində iqtisadçı, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləmişdir.
2016-cı ildən Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- Komitənin aparatının və yerli statistika orqanlarının fəaliyyət istiqamətləri üzrə keyfiyyətin idarə olunması sistemi çərçivəsində statistika proseslərinin təşkili, məlumatların keyfiyyətinin təmin olunması məqsədilə ümumi qayda və standartların müəyyənləşdirilməsi, tətbiqi və icrasına nəzarətin həyata keçirilməsi;
- statistika sistemində sənədləşdirmə işlərinin keyfiyyətin idarə olunması sistemi standartlarına uyğun həyata keçirilməsinin təşkili, sənədlərin idarə olunması prosesinin müəyyənləşdirilməsi və təmin olunması;
- rəsmi statistika hesabatı formalarına, göstəricilərə və statistika proseslərinə dair metaməlumatlar sisteminin standartlarının müəyyənləşdirilməsi və təşkili;
- statistika proseslərinin və məlumatların keyfiyyətinə beynəlxalq uyğunluq sertifikatlarının əldə edilməsi;
- sosial və iqtisadi təsnifatların milli versiyalarının hazırlanmasında baza rolunu oynayan beynəlxalq təsnifatlara dair materialların milli analoqlarının hazırlanması və s.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim