AZ    EN
logo

Qasımzadə Elman Qabil oğlu - Sənaye və tikinti statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 539-87-17
E-poçt: elman.gasimzade@stat.gov.az
1975-ci il dekabr ayının 21-də Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1997-2012-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, 2013-2019-cu illərdə Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri vəzifələrində işləmişdir.
2019-cu ilin sentyabr ayından Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
- sənaye və tikinti statistikası sahəsində rəsmi statistikanın həyata keçirilməsini təmin etmək;
- statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
- regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlamaq və aidiyyəti qurumlara çatdırmaq.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim