AZ    EN
logo

Emil Ramiz oğlu Məmmədov – Energetika və ətraf mühit statistikası şöbəsi

Şöbə müdiri
Telefon: 538-63-03
E-poçt: emil.mammadov@stat.gov.az
1988-ci il avqust ayının 25-də anadan olmuşdur. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, 2015-ci ildə isə Türkiyə Cümhuriyyəti Aydın Adnan Menderes Universitetinin magistr pilləsini bitirmişdir. 2016-cı ilin iyul ayından Dövlət Statistika Komitəsində işləyir. 2024-cü ilin mart ayından Dövlət Statistika Komitəsi aparatının Energetika və ətraf mühit statistikası şöbəsinin müdiridir. Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, bir övladı var.
Şöbənin fəaliyyət istiqaməti:
-energetika və ətraf mühit statistikası sahəsində rəsmi statistikanın həyata keçirilməsini təmin etmək;
-statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin etmək;
-regionların sosial-iqtisadi inkişafını xarakterizə edən göstəriciləri hazırlamaq və aidiyyəti qurumlara çatdırmaq;
-energetika və ətraf mühit statistikasına dair metodologiyaların işlənməsini və hazırlanmış statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin etmək.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim