Əliyeva Çimnaz Məstan qızı – İnformasiya texnologiyaları şöbəsi
Şöbə müdiri | |
Telefon: | 538-61-51 |
E-poçt: | chimnaz.aliyeva@stat.gov.az |
1976-cı il avqust ayının 7-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2012-ci illərdə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində mühəndis proqramçı, baş mühəndis proqramçı, şöbə rəisinin müavini, 2012-ci ildən isə Dövlət Statistika Komitəsinin Aparatında Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi müdirinin müavini vəzifələrində işləmişdir. 2018-ci ildən Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsinin müdiridir. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. |
|
Şöbənin fəaliyyət istiqaməti: | |
- statistika sistemində informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əsas siyasətin müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görür, məlumatların məxfiliyinin təmin olunması qaydalarını və öhdəliklərini hazırlayır; - informasiya texnologiyalarının tətbiqinin təşkili və xidmətlərin təkmilləşdirilməsi yolu ilə statistika işlərinin səmərəliliyini yüksəltmək üçün zəruri addımlar atır; - məlumat bazalarının müasir texnologiyalar əsasında və beynəlxalq standartlara uyğun aparılmasını təmin etmək məqsədi ilə müvafiq idarəetmə sistemlərinin tətbiqinə nail olunmasını, məlumatların yenilənməsinin və qorunmasının təmin olunmasının həyata keçirilməsini təşkil edir; - sistem təminatının müasir tələblərə uyğun səviyyədə saxlanılması, müasir əməliyyat sistemlərinə olan tələbatın öyrənilməsi və sistem təminatının əldə edilərək tətbiqinin təşkili sahəsində fəaliyyət göstərir; - kompüterlərin iş rejiminin yüksək səviyyədə saxlanılmasını təşkil edir; - Dövlətstatkomun veb səhifəsini inkişaf etdirir və müvafiq normativ-hüquqi aktlardan irəli gələn vəzifələri yerinə yetirir, informasiya açıqlığını təmin edir. |