Elektron xidmətlər haqqında
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi aşağıdakı istiqamətlər üzrə elektron xidmətlər göstərir:- Rəsmi statistik hesabatların təqdim edilməsi;
- Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi;
- Statistik məlumatların (göstəricilərin) verilməsi;
- Statistik nəşrlərin (kitabların) onlayn satışı;
- Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi;
- Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi.
Qeyd olunan elektron xidmətlər nəticəsində statistik vahid (hüquqi və ya fiziki şəxs) bütün rəsmi statistika hesabatlarını statistika orqanlarına gəlmədən elektron formada təqdim edir, statistik məlumat istifadəçisi iqtisadiyyatın və sosial həyatın bütün sahələrinə dair hazırlanmış mətbu məlumatları, habelə onu maraqlandıran digər statistika məlumatlarını elektron formada əldə edir, statistik məcmuəni (kitabı) Komitəyə gəlmədən, dəyərini onlayn şəkildə ödəməklə alır, statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi və ya fiziki şəxs cəriməni banka getmədən, internet vasitəsilə onlayn rejimində ödəyir, eyni zamanda sahibkarlıq subyekti ölçüsünə görə aid olduğu kateqoriyaya dair arayışı elektron qaydada Dövlət Statistika Komitəsinə gəlmədən əldə edir.
- Elektron xidmətlər Dövlət xidmətləri Rəsmi statistik hesabatların təqdim edilməsi Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi Statistik məlumatların (göstəricilərin) verilməsi Statistik məlumatların (göstəricilərin) verilməsinə dair video təlimat Statistik nəşrlərin (kitabların) onlayn satışı Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi haqqında video təlimat Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi Elektron xidmətlər üzrə inzibati reqlamentlər İstifadəçi məmnunluğu sorğusu