Pərakəndə ticarət dövriyyəsi haqqında

13.11.2020, 12:00

2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara  31663,2 milyon manatlıq, o cümlədən 17034,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14628,7 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,0 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olmuşdur.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar - oktyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 31 663,2 98,5
o cümlədən:
ərzaq məhsulları 15 424,6 103,3
içkilər və tütün məmulatları 1 609,9 100,2
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 082,6 87,0
elektrik malları və mebellər 1 778,2 93,3
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 248,6 100,2
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 553,3 132,8
avtomobil benzini və dizel yanacağı 1 708,7 98,5
digər qeyri-ərzaq malları 5 257,3 96,6

 

2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 24,0 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz artmış, bazar və yarmarkalarda isə 17,5 faiz azalmışdır.

2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları almışdır.  

Əlaqə telefonu:   377 10 70 (22-93)