AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində “İnsan hüquqları aylığı” mövzusunda tədbir keçirilmişdir

02.06.2014

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilindən daxil olan məktuba uyğun olaraq, 2014-cü il may ayının 30-da Dövlət Statistika Komitəsində Aparatın əməkdaşlarının iştirakı ilə “İnsan hüquqları aylığı” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, Azərbaycanda ölkə Prezidentinin Fərmanı ilə 2007-ci ildən hər il iyun ayının 18-i “İnsan hüquqları günü" kimi qeyd edilir. Tədbirdə insan hüquqlarının təminatında Azərbaycan tərəfindən mühüm addımların atılması, daxili sferada və beynəlxalq aləmdə aparılan uğurlu fəaliyyət barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə Aparatın hüquqşünası, Kadrlar, Əhali və gender və Qiymət statistikası şöbələrinin əməkdaşları insan hüquqları mövzusunda çıxış etmişlər. Sonda insan hüquqları mövzusuna dair qısametrajlı film göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim