AZ    EN
logo
image

“Azərbaycanın nəqliyyatı” statistik məcmuəsi nəşr olunmuşdur

07.07.2014

“Azərbaycanın nəqliyyatı” statistika məcmuəsində ölkə nəqliyyatının vəziyyətini xarakterizə edən əsas göstəricilər verilmişdir. Nəqliyyatın infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün bir sıra dünya ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir.
Məcmuədə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövriyyəsi, sərnişin daşınması, sərnişin dövriyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunan gəlir və daşımalara çəkilən xərclər, nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat müəssisələrində çalışan işçilərin sayı və əmək haqqı, ayrı-ayrı nəqliyyat növlərinin vəziyyətini xarakterizə edən digər əsas məlumatlar, habelə ölkənin regionları üzrə avtomobil nəqliyyatının işi və yollar haqqında məlumatlar əks olunmuşdur.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Nəqliyyat" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanın nəqliyyatı, 2014" (1 MB) linki vasitəsilə əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim